SMS - 

FAQs

Prosesin sonunda nə əldə edə bilərəm?


Tibbi işinizlə uyğun bir ətraflı araşdırma (axtarış) hesabatı alacaqsınız. Təhlilə daxil olacaq: məlumatların ətraflı araşdırılması, tədqiqat nəticələri, tapılan tibbi məlumatların ətraflı izahı və xüsusi suallarla müalicə həkiminizə bir məktub.




Manor SMS-in həkiminzlə müqayisədə əlavə üstünlüyü nədir?


Manor SMS xidməti iştirak edən həkimin yerini tutmağa çalışmır. Məqsədimiz, vəziyyətiniz barədə məlumatlı qərarlar qəbul etməyinizə kömək etmək üçün Sizə təsdiqlənmiş, fərdiləşdirilmiş və obyektiv məlumatları verməkdir. Bənzərsiz bir texnologiyanın köməyi ilə Sizə ən son məlumatları verəcəyik, həkiminizə düzgün sualları verə və müvafiq qərarlar qəbul edə bilərsiniz. Vaxtları məhdud olan həkimlərdən fərqli olaraq, konkret işiniz üçün geniş araşdırma (axtarış) aparmaq üçün qabaqcıl texnologiyaya imkanlarımız və resurslarımız var. Xüsusi vəziyyətinizlə əlaqəli ola biləcək oxşar uğurlu hallar daxil olmaqla, ən uyğun məlumat mənbələrini təhlil edirik.




Proses zamanı nə qədər çəkir?


Əsas SMS paketi: 10-14 gün. Probleminiz təcili olarsa, xahiş edirəm əvvəlcədən bizə bildirin və dərhal həlli ilə məşğul olacağıq.




Manor Smart Medical Search xidmətlərindən nə vaxt istifadə etməlisiniz və niyə?


Manor SMS kompleks və ya xroniki xəstəlik diaqnozu qoyulmuş xəstələrə xidmət göstərir. Xəstənin vəziyyətinin özünəməxsus xüsusiyyətlərinə əsaslanan tibbi məlumatları axtarırıq. Tədqiqatımızın (axtarışımızın) nəticələri Sizin müalicə üsulları barədə qərarınıza təsir edə biləcəyi üçün, diaqnoz qoyulduqdan sonra ən qısa müddətdə bizimlə əlaqə saxlamağınızı tövsiyə edirik.




Manor SMS-in həkimləri varmı?


Şəxsi tibbi dedektiv təcrübəli bir səhiyyə sahəsində məlumatın analiz edilməsində mütəxəssiz analitikidir. Ancaq onunla birlikdə dəstək və axtarış keyfiyyətinə zəmanət verirən, lisenziyalı bir həkim mütləq işləyir.




Hansı tibbi halları qəbul edirik?


Xərçəng, neyrodegenerativ, autoimmun, mürəkkəb xroniki və ya hər hansı bir nadir (orphan disease) xəstəlik diaqnozu qoyulmuş xəstələri qəbul edirik.




Mənim işimdə klinik tədqiqat mərkəzləri və ixtisaslaşmış mütəxəssislərlə əlaqə qura bilərəmmi?


Tez və dəqiq bir cavab almaq üçün tibbi və klinik mərkəzlərlə düzgün əlaqə qurmağın lazım olduğuna dəfələrlə əmin olurduq. Buna görə, ehtiyac olarsa, ilkin müraciəti məmnuniyyətlə yerinə yetirəcəyik.




Mənim işimə başlamaq üçün nə lazımdır?


Bu hər vəziyyətdə fərqli olur. Bir qayda olaraq, diaqnoz da daxil olmaqla, həkiminizə etdiyiniz son ziyarət zamanı Sizə verilən ətraflı nəticə ilə başlamağa kifayət edir. Əlavə olaraq, vacib test nəticələriniz varsa, tibbi detektivə verin. O, məlumatların tibbi araşdırma ilə (axtarış) əlaqəli olub-olmadığını Sizə çatdıracaq. Manor SMS -in tibbi dedektivləri məlumatların məxfiliyini qorumalı və sağlamlıq vəziyyətiniz barədə məlumatları icazəsiz şəxslərlə bölüşməməlidirlər.




Birbaşa həkimimlə işləyirsiniz?


Əksər hallarda birbaşa xəstələrlə və ya onların qəyyumları ilə işləyirik. Bununla birlikdə, Sizin mülahizənizlə birbaşa müalicə edən həkiminizlə işləyə bilərik.




Sığortam Manor SMS xidmətlərini qarşılayırmı?


Şirkət xidmətlərinin müxtəlif sığorta proqramlarına daxil edilməsi üçün ciddi səylər göstəririk. Artıq xidmətlərimizi əhatə edən bir neçə sığorta var. Sığortanızın bu xidməti qarşılamasını (ödəməsini) sığorta agentinizlə və ya işəgötürəninizlə məsləhətləşməyinizi tövsiyə edirik.




Maddi imkanım yoxdur, amma xidmətlərinizə ehtiyacım var. Mən nə etməliyəm?


Manor SMS-i qurduğumuzda, istəyimiz hər kəsə, hətta imkanı çatmayanlara da xidmət göstərmək idi. Maddi çətinlikləriniz varsa, xahiş edirəm bunu sorğunuzda göstərin və uyğun bir həll təklif etmək üçün əlimizdən gələni edəcəyik. Təəssüf ki, bu yalnız məhdud sayda halda mümkündür.




Mənim üçün doğru həlləri tapacağınıza əmin ola bilərəmmi?


Manor SMS texnologiyası və metodologiyasının birləşməsi klinik nəticələrə zəmanət verə bilməz, lakin müxtəlif axtarış sahələrini geniş əhatə edir. Bənzərsiz məlumat verə bilən məlumat bazalarına və məlumat mənbələrinə girişimiz var. Ən yaxşı tibbi dedektivləri işə götürürük və sizin üçün vacib məlumatları tapmaq üçün əlimizdən gələni edəcəyik.




Məxfiliyə zəmanət verirsiniz?


Məlumatlarınızın məxfiliyinə hörmət edirik. Yalnız Sizin işinizə baxan tibbi dedektiv və baş analitik olmaqla şəxsi məlumatlarınız başqaları ilə paylaşılmır. Mümkünsə, sənədlərinizi bölüşməyinizdən pncə şəxsi məlumatlarınızı sətirdən silib yollayın. Müvafiq məlumatlar "Məxfilik Siyasəti" bölməsində ətraflı təsvir edilmişdir.





Часто задаваемые вопросы

Эксклюзивный сервис Manor Medical SMS (Smart Medical Search) предоставляет жизненно важную информацию для принятия терапевтических решений в соответствии с состоянием здоровья пациента и уникальными особенностями его медицинского случая.

Лечение рака в Израиле | Манор Медикал Центр | Tel Aviv-Yafo