top of page

Bizim haqqımızda

«Manor Medical Center» Danel holdinqinin tibbi yardım klinikasıdır. Danel şirkətlər qrupu özəl tibb, yaşlılar və əlillər üçün sosial səhiyyə xidmətləri, insan resurslarının idarə edilməsi (məşğulluq), habelə mənzil və təhsil layihələri ilə məşğul olur. Danel'in birjadakı dəyəri bir milyard ABŞ dollarına çatır, holdinqdə 20.000-dən çox adam çalışır.

İsrailin tibbi turizm sahəsində 13 ildən çox çalışdığı müddətdə, "Manor Medical Center" dünya standartları səviyyəsində yüksək keyfiyyətli xidmətlər göstərən və xəstələrə dəstək təşkil edən, məsuliyyətli və etibarlı bir tibbi tərəfdaş kimi bir nüfuzгunu qazandı. «Manor Medical Center» nin 10 mindən çox xəstəsi sözlərimizi təsdiqləyə bilər!

Mərkəzdə hər il bir min beş yüzdən çox xəstə müasir təbabətin bütün sahələrində - onkologiya, ortopediya, kardiologiya, ginekologiya, urologiya və digər sahələrdə müalicə alır. Hədəfimiz, haqlı olaraq dünyanın ən qabaqcıl və yüksək keyfiyyətli biri sayılan İsrail təbabətinin uğurlarına xarici xəstələrin girişini genişləndirməkdir.

"Barışmaz olanı barışdırmağı" bacardıq, yəni keyfiyyəti endirmədən ən cəlbedici qiymətlərlə xidmətlər təklif edirik! Bunun üçün Manor Tibb Mərkəzi özünəməxsus bir model - "modul yanaşma" hazırladı.

Onun mahiyyəti nədir:

Xəstələrimizin müalicəsi üçün ideal bir platforma müəyyən etdik - özəl bir ixtisaslaşmış Assuta klinikası. Assuta İsrail təbabətində bənzərsiz bir fenomendir, yəni: ən qabaqcıl avadanlıqlara və yüksək ixtisaslı kadrlara sahib ultra-modern bir xəstəxanadır ... demək olar ki, özünün həkim heyəti yoxdur! Bunun əvəzinə, Assuta öz bazasında müayinə, əməliyyat və prosedurları aparmaq üçün dövlət xəstəxanalarından bütün fənlər üzrə ən yaxşı mütəxəssisləri cəlb edir.

Üstəlik, Assutada işləmək İsrail həkimləri üçün bir növ statusdur, “keyfiyyət işarəsi”. Bunu nəzərə alaraq «Manor Medical Center» “Assuta” ilə ortaqlığın inkişaf etdirilməsinə səy göstərdi. Bu gün «Manor Medical Center» Assutanın rəsmi nümayəndəsidir və xarici xəstələrin əsas tədarükçüsüdür.

Eksklüziv status «Manor Medical Center» - tibbi turizm klinikasına aşağıdakı üstünlükləri verir:

Офис Манор Медикал Центр
  1. Müalicə və müxtəlif prosedurlar üçün endirimli qiymətlər.

  2. «Assuta» infrastrukturuna prioritet giriş, bu da bütün prosedurları ən qısa müddətdə həyata keçirməyə imkan verir, beləliklə əlavə amma çox önəmli olan xaricdə müalicə xərclərini - otellər, səyahətlər, xidmətlər, gündəlik xərclər və s. əhəmiyyətli dərəcədə azaldır.

  3. Dövlət xəstəxanalarına xas olan kadr məhdudiyyətlərindən asılı olmayaraq, xəstənin xəstəliyinə aid olan sahədə xəstəmizin müalicəsinə ən yaxşı mütəxəssisləri cəlb etmək imkanlarımız var.

Bu gün əminliklə deyə bilərik ki, tibbi turizm klinikası «Manor Medical Center» tibb turizmi bazarında ən uğurlu şirkətdir. İcazənizlə bunun təsdiqi üçün Sizə aşağıdakı məlumatları verim:

1. «Manor Medical Center» İsrailin "Shiba", "Ixilov", "Şnayder", "Beylinson", "Rambam" və "Assuta" kimi aparıcı tibb mərkəzləri ilə, eləcə də bir çox özəl tibb müəssisələri “Herzliya Tibb Mərkəzi”, “Nara” Tibb Mərkəzi və s. ilə sıx əməkdaşlıq edir. “Şiba”, “İchilov” və “Assuta” xəstəxanalarına gəldikdə, «Manor Medical Center» klinikası onların yalnız ortaqı deyil, həm də bu xəstəxanaların rəsmi nümayəndəsidir. Bundan əlavə, müxtəlif xəstəxanalardan müxtəlif sahələrdəki mütəxəssislərlə effektiv peşəkar münasibətlər qurulmuşdur.

2. «Manor Medical Center» xidmətlərinin keyfiyyəti və effektivliyi ən yüksək səviyyədədir. Assuta klinikasında süni mayalanma ilə mükəmməl müalicə olunan sonsuzluq, bağırsaq xərçəngi, onurğa yırtığı və travmalar, varikozlu damarlar kimi müxtəlif xəstəlik və onlardan qurtulmaqda kömək etdiyimiz onlarla xəstə hər ay xidmətimizə müraciət edirlər. Siyahı burada tam olaraq göstərilmək üçün çox uzundur, amma əsas "keyfiyyət nişanımız" xəstələrimizin rəyləri və onların təşəkkür məktublarıdır, eyni zamanda onların 50% -dən çoxunun xidmətlərimizdən istifadə edərək sonradan yaxınlarını və dostlarını bizə göndərilməsidir və özlərinin digər tibbi problemlərini həll etmək üçün gəlmələri.

3. Klinikanın xidmətləri üçün qiymətlər, xarici vətəndaşların İsraildə müalicəsi üçün İsrail Səhiyyə Nazirliyinin qiymət siyahısına uyğun olaraq təyin edilir. Bizim qiymətlər, hara ki tam xidmət paketi daxildir (koordinatorlar, tərcümələr, şirkət həkimlərinin nəzarəti və s.), İsrail və xarici rəqib sayılan şirkətlərin qiymətlərindən xeyli aşağıdır. Üstəlik, qiymətlərimiz müəyyən bir xəstəxanaya vasitəçi olmadan birbaşa müraciət edən xəstələrin ödədiyi qiymətlərdən də aşağıdır.

Приемная для пациентов Манор Медикал

Uğurumuz İsrail'dəki diaqnostika və müalicənin düzgün təşkili üçün lazımlı problemlərin effektiv həlli ilə bağlıdır:

  • İsrailin aparıcı xəstəxanalar, klinikalar və mütəxəssisləri ilə möhkəm əlaqələr qurmaq və peşəkar əməkdaşlığı inkişaf etdirmək.
     

  • Gələn xəstələr üçün otellərdə yerləşmə, köçürülmə, bütün prosedurlar üçün ixtisaslı koordinatorlar tərəfindən müşayiət, bütün tibbi sənədlərin tərcüməsi və asudə vaxtının təşkili də daxil olmaqla tam xidmətlər paketinin hazırlanması və təmin edilməsi.
     

  • Xidmətlərin yalnız qlobal tibbi turizm bazarındakı digər təkliflərlə rəqabətə davam olmaqsı deyil, həm də keyfiyyətli müalicə sərfəli qiymətə təmin edəcək bir iş sistemi qurmaq. Şöbəmiz fəaliyyətə başladığı ilk dövrdən etibarən, istiqamətimiz yalnız imkanlı, yüksək cəmiyyətdən gəlirli müştəriləri cəlb etmək üçün deyil, hansılar ki bu tibbi turizmin xidmətlərindən əsas yararlananlardır, eyni zamanda orta sinif müştəriləri üçün – hansılar üçün xarici təbabətin xidmətləri çox bahalıdır. Eyni zamanda, yüksək gəlirli müştərilər üçün xüsusi VIP standartına uyğun xidmət paketləri hazırlamışıq və bunun sayəsində yüksək səviyyəli dövlət məmurları, uğurlu iş adamları və məşhur sənətkarlar və idmançılar dəfələrlə bu xidmətimizə müraciət ediblər.

Tibbi turizm klinikası «Manor Medical Center» heç bir şəkildə dövlət xəstəxanalarının və digər özəl tibb mərkəzlərinin xidmətlərinə laqeyd yanaşmır və lazımlı və uyğun olaraq paralel istifadə edir. Bütün bunlar müalicə müddətini mümkün qədər qısaltmağa və effektivliyini artırmağa imkan verir. Yəni, dövlət xəstəxanasına birbaşa müraciət etməklə, “n” prosedur kompleksi bir neçə həftə, hətta aylar çəkə bilər və bu həkimlərinin təcrübə və peşəkarlığından daha çox xəstəxanada  mövcud olan daxili imkanlarından asılıdır.

«Manor Medical Center» tibbi turizm klinikasına müraciət edərkən, xəstə eyni prosedurları ən çox bir həftəyə keçəcək, yəni 5 iş günü ərzində, hər bir konkret sahə üzrə ən yaxşı mütəxəssislərin iştirakı ilə. Eyni zamanda, xüsusən Assutada müxtəlif xəstəxanalardakı «Manor Medical Center» tərəfindən tətbiq olunan güzəştli tarif sayəsində müalicə qiymətləri praktik olaraq eyni olacaq. Yerləşdirmə, səyahət, tərcümə və koordinator xidmətləri və dərmanların alınması ilə bağlı təsadüfi xərclər xeyli azalacaq. Bundan əlavə, bu məsələlərin təkbaşına həll edilməsi ilə əlaqəli bütün narahatlıqlar və onlarla əlaqəli əlavə stres xəstədən və yaxınlarından azad edilir, çünki «Manor Medical Center» bu xidmətləri öz üzərinə götürür. «Manor Medical Center» şirkətinin modul yanaşmasının üstünlükləri bunlardır.

Bu metoddan ən yaxşı şəkildə istifadə etmək üçün şirkətin tibb şöbəsi və şirkətin tibbi direktoru Dr. Aleksander Kanevskinin rəhbərlik etdiyi öz həkim heyətini var. Həkimlərimiz müxtəlif tibbi fənlər üzrə yüksək səviyyəli rus dilli mütəxəssislərdir. İsrail xəstəxanalarında və klinikalarında uzun illər təcrübələri var. Bu müddət ərzində zəngin peşəkar təcrübə yığmış və bir çox aparıcı İsrail mütəxəssisi ilə geniş daxili əlaqələr əldə etmişlər. Bu, həkimlərimizə həm xəstənin müalicəsi zamanı, həm də evə qayıtdıqdan sonra hər bir fərdi xəstə üçün bir müalicə proqramı seçməyinə və bu proqramın həyata keçirilməsinə nəzarət etməsinə imkan verir.

Xəstənin maraqlarını üstün tutan bu siyasətdən sonra «Manor Medical Center» şirkəti inamla beynəlxalq tibbi turizm bazarında lider mövqeyini tutdu və dayanmaq niyyətində deyil.

Şüarımız:

Ən qısa müddətdə maksimum səmərəlilik!

Hər xəstə bizim üçün vacibdir!

*** Rəsmi veb saytımızda bir tələb qoyaraq və ya rəsmi nümayəndələrimizdən biri ilə əlaqə quraraq İsrail diaqnostikası və müalicəsi üçün qeydiyyatdan keçə bilərsiniz.

Lena, yaxşı günlər! Tibbi proqram üçün çox sağ olun, bizə çox kömək etdi. Xüsusilə aparıcı həkimimiz Evgeny və koordinator Lena Sorokinaya, çox peşəkar və səmimi insanlara təşəkkür etmək istəyirəm, onlarla görüşmək və onların nəzarəti altında olmaq çox xoş idi! Çox sağ ol.

Natalya L. | 08 Fevral 2014

Xəstələrimizdən rəylər

bottom of page